Bakı-Qazax yolununda kişi meyiti tapılıb

Bakı-Qazax yolununda kişi meyiti tapılıb
# 12 avqust 2016 03:59 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün altında naməlum kişi meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, səhər saat 5 radələrində tapılan meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan rayon şöbəsinə göndərilib.

Hacıqabul rayon Polis Şöbəsindən APA-ya təxminən 30 yaşlarında olan kişinin narkotik vasitənin qəbulundan öldüyü ehtimal olunduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR