Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər evakuasiya edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər evakuasiya edilib
# 19 aprel 2013 06:45 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gecə baş verib.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yuxarı mərtəbələrdən 50 sakin təxliyə edilib.

Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR