Rusiya Ukraynaya satacağı qazın qiymətində 20 dollar endirim edib

Rusiya Ukraynaya satacağı qazın qiymətində 20 dollar endirim edib
# 24 sentyabr 2015 22:05 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” Rusiya energetika naziri Aleksandr Novaka istinadən məlumat yayıb.

Məlumata görə, endirimin tətbiq olunmasını Rusiya hökumətinin qərar layihəsi nəzərdə tutur.

Novak həmçinin qeyd edib ki, Ukraynanın “Naftoqaz” şirkətinin özü “Qazprom”a endirim tətbiq edilməsi xahişi ilə müraciət edib. Ukraynaya qazın tədarükünə oktyabrın 1-dən tez olmayaraq, Kiyev ödəniş etdikdən sonra başlanıla bilər.

Bundan əvvəl Novak Ukraynanın isitmə mövsümü başlayanadək yeraltı qaz saxlanclarına tələb olunan 4,3 mlrd kubmetr qaz toplaya bilməyəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR