Bakı. Şəhriyar Əlizadə - APA. Ağdam sakinin üzərində zorakılıq əlaməti olan meyiti tapılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Ağdam rayonunun Yeni Ergi qəsəbəsində Gülayə Bəşirovanın üzərində zorakılıq əlamətləri (kəndirlə boğulmuş) olan meyiti yaşadığı evdə tapılıb.
Faktla əlaqədar cinayət işi başlanıb, Ağdam rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.