Ayətullah Xamneyi ABŞ-ı sərt tənqid edib

Ayətullah Xamneyi ABŞ-ı sərt tənqid edib
# 18 aprel 2013 09:40 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi ABŞ-ın xarici siyasətini sərt tənqid edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ayətullah Xamneyi deyib ki, ABŞ-ın günahsız insanların qətlə yetirilməsi ilə bağlı mövqeyi ziddiyyətlidir: “ABŞ və digər insan haqları iddiasında olanlar Pakistan, Əfqanıstan, İraq və Suriyanın günahsız insanlarının qətlə yetirilməsinə göz yumurlar. Lakin ABŞ-da bir neçə partlayışdan sonra dünyada hay-küy salırlar”.

Dini liderin sözlərinə görə, ABŞ rəsmiləri kütləvi qırğın silahlarına qarşı olduqlarını iddia etmələrinə baxmayaraq, bu ölkənin pilotsuz təyyarələri Əfqanıstan və Pakistanda müdafiəsiz, günahsız qadın və uşaqları öldürür: “ABŞ tərəfindən açıq və gizli şəkildə dəstəklənilən terrorçular da İraq və Suriyada insanları qətlə yetirir. İran isə islam məntiqindən hərəkət edərək istər ABŞ-ın Boston şəhərində, istərsə də Pakistan, Əfqanıstan, İraq və Suriyada günahsız insanların qətl edilməsini və hər cür terror hücumunu qınayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR