Xarici mənbələrdən Azərbaycanda əsas kapitala yönəldilən sərmayələrin 32%-i Böyük Britaniyanın payına düşür - ANALİZ

Xarici mənbələrdən Azərbaycanda əsas kapitala yönəldilən sərmayələrin 32%-i Böyük Britaniyanın payına düşür - <span style="color: red;">ANALİZ
# 17 dekabr 2014 12:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər 2014-cü ilin yanvar-noyabr aylarında xarici mənbələrdən əsas kapitala 4 400,6 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 4 046,7 mln. manatı və ya 92%-i Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub.

Hesabat dövründə Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran Böyük Britaniya sərmayədarlar olub. Belə ki, adıçəkilən ölkənin investorları tərəfindən iqtisadiyyatımıza 1 mlrd. 424 mln. 645,7 manat yönəlib ki, bu da ümumi yatırılan investisiyaların 32%-i təşkil edir.

İkinci yerdə Norveç qərarlaşıb. Belə ki, bu ölkənin sərmayədarları tərəfindən Azərbaycan iqtisadiyyatına 812 mln. 894,1 min manat yatırılıb ki, bu da ümumi yatırılan investisiyaların 18,5%-i təşkil edir. Skandinaviya ölkəsinin ardından ölkəmizin iqtisadiyyatına 380 mln. 618,6 min manatlıq (ümumi həcmdə xüsusi çəkisi 8,6%) yatırım edən Türkiyə qərarlaşıb. Dördüncü yerdə 346 mln. 18 min manat (7,9%) sərmayə ilə ABŞ, beşinci yerdə 300 mln. 789,6 min manat (6,8%) sərmayə ilə Fransa yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR