ATƏT sədri və baş katibi Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı narahatlıqlarını bildiriblər

ATƏT sədri və baş katibi Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı narahatlıqlarını bildiriblər
# 16 iyul 2016 13:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer və təşkilatın baş katibi Lamberto Zanyer Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, F. V. Ştaynmayer güc vasitəsilə Türkiyənin demokratik düzənini pozmağa yönəlik istənilən cəhdi ən güclü şəkildə qınadığını bildirib: “Türkiyənin demokratik institutları və konstitusiya düzəninə hörmət edilməlidir. Məsuliyyət daşıyanlar hamısı demokratiya qaydalarına, qanunun aliliyinə sadiq olmalı və növbəti qırğının qarşısını almalıdır”.

Təşkilatın baş katibi L. Zanyer də Türkiyə rəhbərliyinin müdrikliyinə inandığını bildirib: “Mən Türkiyə hökuməti və demokratik institutlarını ötən gecəki hadisələrdən sonra təmkin nümayiş etdirməyə çalışıram. Qanunun aliliyi, insan haqlarına hörmət və media azadlığı hətta çətin vaxtlarda da müdafiə olunmalıdır. Biz Türkiyəni ATƏT-in əsasını təşkil edən dəyər və prinsiplərin qorunmasında dəstəkləməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR