Paşha Bank
Bank Of Baku

Azərbaycanda 7 il ərzində heyvanların identifikasiyası həyata keçiriləcək

Azərbaycanda 7 il ərzində heyvanların identifikasiyası həyata keçiriləcək
# 13 iyun 2019 16:49 (UTC +04:00)

“Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2019-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıdakı 7 il ərzində həyata keçiriləcək tədbirlərdən biri də heyvanların identifikasiyası məsələsidir”. 

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, heyvanların identifikasiyası ilə həmin heyvanların respublika ərazisində idxalı, doğulma anından ölümünə qədərki dövrdə onun keçirdiyi xəstəliklər, aldığı dərman preparatları, vaksinlər və s. məlumatları izləmək mümkün olacaq.

AQTA sədri bildirib ki, bu, ölkə ərazisində heyvan sağlamlığını təmin etməyə, eyni zamanda heyvan mənşəli məhsulların dünya bazarına ixrac potensialına imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR