Mingəçevirdə bir həftə əvvəl ölmüş qadının meyiti tapılıb

Mingəçevirdə bir həftə əvvəl ölmüş qadının meyiti tapılıb
# 05 noyabr 2015 09:23 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Heydər Əliyev prospekti 78, mənzil 20-də yaşayan 1933-cü il təvəllüdlü Əzimova Səfura Müseyib qızının meyiti yaşadığı evdə aşkar edilib.

Tək yaşayan S. Əzimovanın evinin qapısının bir həftədir bağlı olmasından narahat olan qonşular bu barədə polisə məlumat veriblər. Bu gün mənzilin qapısı açılıb və orada qadının meyiti tapılıb. Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə verilib. 82 yaşlı qadının hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR