Qəzzada raket atəşindən qorunmaq istəyən fələstinlilər snayperlərin hədəfinə çevriliblər

Qəzzada raket atəşindən qorunmaq istəyən fələstinlilər snayperlərin hədəfinə çevriliblər
# 24 iyul 2014 12:52 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Qəzzanın Huzaa rayonu İsrail ordusunun raket atəşinə məruz qalarkən yerli sakinlər qaçmağa çalışıblar və bu vaxt snayperlərin hədəfinə çevriliblər.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi İnsan Haqları Müşahidə Mərkəzinin (“Euromid”) yaydığı bəyanatda bildirilir.


Bəyanatda qeyd edilir ki, sözügedn rayonun bombalanması zamanı ərazinin 2/3 hissəsi tamamilə dağıdılıb, onlarla insan həlak olub: “Şəhər aramsız bombardmana və raket atəşlərinə məruz qalıb, digər ərazilərlə əlaqə tamamilə kəsilib. Bomba yağışından qaçmaq istəyən dinc sakinlər isə davamlı olaraq snayperlər tərəfindən atəşə məruz qalıblar. Son bir gün ərzində bu şəhərə hücumlar zamanı 26 nəfər dinc sakin ölüb, onlarla şəxs yaralanıb”.


Qeyd edək ki, Fələstin rəsmiləri iyulun 15-dən bu günədək İsrailin Qəzzaya hücumları nəticəsində 740-a yaxın dinc fələstinlinin öldüyünü, 4590 nəfərin yaralandığını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR