"Expressbank" komisyon haqları 1%-dək endirib - FOTO

"Expressbank" komisyon haqları 1%-dək endirib - <span style="color: red;">FOTO
# 13 iyul 2015 08:31 (UTC +04:00)

Bakı - APA-Economics. “Expressbank” nağd pul kreditləri üzrə bank komissiyasını endirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq müştərilər “Expressbank” filiallarında kredit götürərkən rəsmiləşdirməyə görə cəmi 1% komissiya ödəyəcəklər.

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Kreditin məbləği 5 000 manatadək ola bilər. Müştərilər həmçinin elektron arayışları “Expressbank”ın bütün filiallarından kredit əldə edə bilərlər.

Vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Elektron arayışı həmçinin “Expressbank” filiallarından da almaq olar. Banka gələn müştərilərə planşetlər təqdim olunur və müştərilər bu planşetlər vasitəsilə elektron arayışlar əldə edə bilərlər.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR