Azərbaycanda bazarlarda balıq məhsullarının satışı qaydası müəyyənləşib

Azərbaycanda bazarlarda balıq məhsullarının satışı qaydası müəyyənləşib
# 23 noyabr 2014 13:03 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişiklikliyə əsasən bazarlarda balıq məhsullarının satışının təşkili qaydası müəyyənləşib.

Bundan sonra bazarlarda ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilib. Qaydalarda qeyd edilmişdi ki, mülkiyyətçinin razılığı ilə bazarın ərazisində qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, pərakəndə ticarət (xidmət) obyektləri yerləşdirilə bilər. Ancaq bu Qaydalarda bazarlarda balıq məhsullarının satışı ilə bağlı müddəa yer almamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR