Rusiya Gürcüstan istehsalı olan məhsullara yeni embarqo tətbiq edə bilər

Rusiya Gürcüstan istehsalı olan məhsullara yeni embarqo tətbiq edə bilər
# 18 avqust 2014 12:58 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya tərəfindən Gürcüstan istehsalı olan məhsullara qarşı yeni embarqo gözlənilir.

APA-nın “Qruziya online” saytına istinadən məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib.

Onun sözlərinə görə, Rusiya ilə iqtisadi münasibətləri yaxşılaşdırmaq üçün rəsmi Tbilisi yetərincə addımlar atıb: “Gürcüstan ticarət münasibətlərinin bərpası üçün yetərincə çox şey edib. Bu, Abaşidze-Karasin formatının uğurudur. Tədricən Rusiya bazarı Gürcüstan məhsulları üçün açıldı. Lakin yeni embarqo da istisna olunmur. Biz 2006-cı ildə bu təcrübəni yaşamışıq. Onda bizim məhsullarımız illərlə Rusiya bazarına çıxa bilmirdi. Əgər hər şey təkrarlansa, biz bunu qəbul edəcək və yeni vəziyyətə görə hərəkət edəcəyik”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov baş nazir Dmitri Medvedevin ünvanına müraciət hazırlayıb. Müraciətdə Rusiyanın gömrük qadağası tətbiq etdiyi ölkələrin siyahısını artırmaq, bu siyahıya Ukrayna, Moldova və Gürcüstanı da daxil etmək təklif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR