Manat əsas ticarət tərəfdaşlarımızın valyutalarına nisbətdə zəifləyib

Manat əsas ticarət tərəfdaşlarımızın valyutalarına nisbətdə zəifləyib
# 13 iyul 2016 07:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 12-si ilə müqayisədə 0,2% artaraq 1,5549 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,7% möhkəmlənərək 1,7203 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,4% möhkəmlənərək 0,0243 manat səviyyəsinə yüksəlib.


Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,5% artaraq 0,5376 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0691 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 2%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,2% artaraq 0,6631 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR