Abşeron rayonunda cərimə meydançasında 4 avtomobil yanıb

Abşeron rayonunda cərimə meydançasında 4 avtomobil yanıb
# 31 may 2016 00:56 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler" markalı minik avtomobilin yanar hissələri, "Mercedes" minik avtomobilinin sağ hissəsi, "Mitsubishi" markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, "Ford" markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR