Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib
# 10 dekabr 2014 11:52 (UTC +04:00)

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb. Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR