Fəttah Heydərov Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının iclasında iştirak edəcək

Fəttah Heydərov Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının iclasında iştirak edəcək
# 25 oktyabr 2014 12:09 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 27-28-də Qırğızıstanın Bişkek şəhərində Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da iştirak edəcək.

Tədbirdə Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, iqtisadi sahədəki əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsi, Türk Şurasına üzv ölkələrin diasporlarının Regional Mərkəzlərinin yaradılması, şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR