“Azərbaycan Beynəlxalq Bankı” maliyyə hesabatının aparılması üçün auditor seçir

“Azərbaycan Beynəlxalq Bankı” maliyyə hesabatının aparılması üçün auditor seçir
# 14 aprel 2015 07:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı” (ABB) açıq tender elan edir.

APA-Economics”in verdiyi xəbərə görə, elan edilmiş tender ABB, onun və törəmə müəssisələrinin (qrupun) 2015-ci ilin I yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması üçün kənar auditorun seçilməsi məqsədi daşıyır.

“Qrupa” ABB və onun törəmə müəssisələri olan Bank “MBA-Moskva” MMC, “ABB-Gürcüstan” SC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azerikard” MMC daxildir.

Qeyd edək ki, tender proseduru mayın 15-i, saat 15:00-da ABB-nin inzibati binasında, Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında keçiriləcək.

İddiaçıların tenderdə iştirak haqqı isə 500 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR