Bakı və Bərdənin bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır

Bakı və Bərdənin bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır
# 22 iyun 2016 15:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyunun 23-də saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Türkan-2", saat 10:00-dan 14:00-dək isə Ağdam magistral qaz kəmərləri sahəsinin "Bərdə" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan-2 qəsəbəsinin və Bərdə şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR