Bakıda beşmərtəbəli binada yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda beşmərtəbəli binada yanğın söndürülüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 27 fevral 2015 21:38 (UTC +04:00)

APA-nın məlumatına görə, yanğın binanın damında baş verib. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri təhlükəsizlik məqsədilə bina sakinlərini təxliyə ediblər. İlkin məlumata görə, yanğın zaman 3 nəfər tüstüdən zəhərlənib. Onlara hadisə yerində ambulator qaydada tibbi yardım göstərilib.

Baş vermiş yanğın təxminən 1400 kv. metr sahəni əhatə edib. APA-nın məlumatına görə, bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, binanın damında baş vermiş yanğının mənzillərə keçməsinə imkan verilməyib.

Yanğının qarşısı alınarkən 1 yanğınsöndürən xəsarət alıb. Onun hündürlükdən yıxıldığı bildirilir.

***

23:37

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının alkapondan ibarət divar üzlüyü və dam örtüyü yanır. Hal-hazırda hadisə yerində yanğınsöndürmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR