Hərbi çevirilişçilər Türkiyənin "Doğan"  Media Mərkəzinə daxil olublar, CNNTürk kanalının yayımı dayandırılıb - YENİLƏNİB

Hərbi çevirilişçilər Türkiyənin "Doğan"  Media Mərkəzinə daxil olublar, CNNTürk kanalının yayımı dayandırılıb  - <span style="color: red;">YENİLƏNİB
# 16 iyul 2016 02:29 (UTC +04:00)

Bakı-APA. Hərbi çevirilişçilər Türkiyənin "Doğan" Media Mərkəzinə daxil olublar.

APA-nın xəbərinə görə, bu barədə CNN Türkün canlı yayımında olan xəbər aparıcısı bildirib.

Onun sözlərinə görə, bir neçə dəqiqə öncə kanalın da yerləşdiyi şirkətin həyətinə bir hərbi helikopter enib.

Bina əsgərlər tərəfindən tutulub.

CNN Türkün xəbər aparıcısı bildirib ki, studiyada ondan və bir neçə operatordan başqa kimsə qalmayıb. Bütün əməkdaşlar dəhlizlərdə çevrilişçilərin qarşısını kəsməyə çalışıblar.

Canlı yayımda televiziya binasındakı səslər eşidilir.

***

04:40

CNNTürk kanalında canlı yayım dayandırılıb. Bütün əməkdaşlar studiyadan çıxarılıb, efir boşaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR