Təhsil Nazirliyi bu ilin ilk yarısında övladlığa götürülən uşaqların sayını açıqlayıb

Təhsil Nazirliyi bu ilin ilk yarısında övladlığa götürülən uşaqların sayını açıqlayıb
# 12 iyul 2014 07:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi 2014-cü ilin ilk yarımilində övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan uşaqların sayını açıqlayıb.

Nazirliyin APA-nın bununla bağlı sorğusuna cavabında qeyd olunub ki, 8-18 yaş arası 5 uşaq övladlığa verilib. Övladlığa verilən 5 nəfər uşaqdan biri sağlamlıq imkanları məhdud uşaqdır.

“Uşağın övladlığa verilməsi barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi üçün əsas hesab edilir. Məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən sonra övladlığa verilən uşaq müəssisəni tərk edir və onu övladlığa götürən valideynin yanında, onun himayəsində yaşayır. Övladlığa götürülən məktəbyaşlı uşaq təhsilini isə onu övladlığa götürən valideynlərin seçiminə əsasən, ümumtəhsil məktəblərindən birində davam etdirir” - deyə nazirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR