Gürcüstanda minik avtomobillərin ixracı 30 faiz artıb

Gürcüstanda minik avtomobillərin ixracı 30 faiz artıb
# 28 noyabr 2012 21:33 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstandan ixrac edilən avtomobillərin çoxu Azərbaycana aparılır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu il Gürcüstanda minik avtomobillərin ixracı 30 faiz artıb. Gürcüstan statistika idarəsinin məlumatına görə, 2012-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 483, 611 mln. dollarlıq avtomobil gətirilib, ötən ilin müvafiq dövründə bu rəqəm 370, 871 mln. olub. Məlumata görə, 2012-ci ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 283, 282 mln. dollar həcmində minik avtomobilləri aparılıb. Bu rəqəm keçən il 134, 832 milyon dollar təşkil edib. Gürcüstana gətirilən avtomobillərin yarıdan çoxu Azərbaycana satılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR