Bakıda “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisi açılıb

Bakıda “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisi açılıb
# 04 iyun 2015 09:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, sərgidə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işi nümayiş olunub.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu tədbir bir neçə səbəbdən diqqət çəkir və əhəmiyyətlidir. Nazirin sözlərinə görə, ölkəmizdə ənənəvi, milli dəyərlərə əsaslanaraq, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət siyasəti həyata keçirilir: "Bu istiqamətdə bizim qarşımızda mühüm məsələlər durur və bunlara çatmaq üçün inamla addımlamalıyıq. Bu ilin sentyabr ayından başlayaraq, 2 ümumi təhsil müəssisəsində inkluziv təhsilin tətbiqinə başlanacaq. Bu prosesin də iki başlıca əhəmiyyəti var. Bunlardan biri sosialaşdırmadır ki, həmin şagirdlər belə məktəblərdə təhsil alaraq, cəmiyyətin tam hüquqlu üzvləri kimi inteqrasiya edə bilsinlər. Digər məsələ isə təlim-tərbiyə prosesi ilə bağlıdır. Bu istiqamətdə məzmundan təlimə qədər xüsusi proqramlar hazırlanmalıdır".

Sərgilənən məhsulların satışından əldə olunan vəsait Bilgəh qəsəbəsində yerləşən Qocalar evinin sakinlərinin yay istirahətinin təşkili üçün həmin müəssisəyə köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR