Astarada 6 otaqlı ev yanıb

Astarada 6 otaqlı ev yanıb
# 28 may 2015 16:41 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 28-də saat 16.00 radələrində rayonun Şiyəkəran kənd sakini Elnur Bayram oğlu Quliyevə məxsus fərdi evdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Astara Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 288 kv.m. olan ikimərtəbəli 6 otaqlı evin 1otağı 20 kv.m. sahədə içindəki məişət avadanlıqları ilə birlikdə və dam örtüyü yanaraq yarasız vəziyyətə düşüb.

Yanğının dəqiq başvermə səbəblərii həyata keçirilmiş ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı FHN-nin Astara Rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR