Rusiya müdafiə nazirinin müavini: «Rusiya hərbçilərinin Qəbələ RLS-i tam tərk etməsi avqustda başa çatacaq»

Rusiya müdafiə nazirinin müavini: «Rusiya hərbçilərinin Qəbələ RLS-i tam tərk etməsi avqustda başa çatacaq»
# 09 aprel 2013 09:41 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

Onun sözlərinə görə, Qəbələ RLS-in təhvil-təslimi ilə bağlı işlər Azərbaycan-Rusiya komissiyaları çərçivəsində davam edir: «Əmlakın inventarizasiyasını nəzərdə tutan birinci mərhələ artıq başa çatıb. İkinci mərhələdə bizim hərbçilərimizin və yüklərin Azərbaycan Daxili Qoşunlarının mühafizəsi altında Rusiyaya ötürülməsi həyata keçiriləcək. Bütün işlər bu ilin avqustuna qədər qurtarmış olmalıdır».

Qeyd edək ki, Azərbaycan tərəfinin icarə haqqını artırması ilə əlaqədar Rusiya 2012-ci ilin dekabr ayından Qəbələ RLS-də fəaliyyətini dayandırıb. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR