İşğal altındakı rayonlardan olan çağırışçılar hərbi xidmətə yola salınıb

İşğal altındakı rayonlardan olan çağırışçılar hərbi xidmətə yola salınıb
# 08 iyul 2015 08:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İşğal altında olan rayonların hərbi çağırışçılarının hərbi xidmətə yola salınması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Şuşanın icra başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov iştirak ediblər.

General-mayor Novruzəli Orucov bildirib ki, iyulun 1-dən ölkə prezidentinin çağırışla bağlı sərəncamının icrasına başlanıb: “Çağırış yüksək səviyyədə davam edir və çağırışdan yayınma halları yoxdur. Bu gün məcburi köçkün rayonlarından olan çağırışçılarda daha böyük ruh yüksəkliyi var”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov və başqaları hərbi xidmətə yollanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR