Azərbaycan millisi FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub

Azərbaycan millisi FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub
# 14 avqust 2014 10:21 (UTC +04:00)


Bakı – APA. FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə iyulun 17-də dərc olunan cədvəllə müqayisədə ciddi dəyişikliklər olmayıb. Buna da səbəb ötən 4 həftədə o qədər də çox matçın keçirilməməyidi.

Hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan yığmasının da mövqeyi dəyişməz qalıb.

Ötən ay 73-cü yerdə qərarlaşan komandamız mövqeyini qorumaqla tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Millimiz bu dəfə hesabını 3 xal artırsa da, irəliləməyə müvəffəq olmayıb. Berti Foqtsun yetirmələri Avropada 37-cidi.

Millimiz və “qonşuları”

70 (67). Albaniya - 437
71 (71). Boliviya - 434
72 (72). Bolqarıstan - 429
73 (73). AZƏRBAYCAN - 413
74 (75). Kabo-Verde – 411
75 (79). Anqola - 408
76 (74). Makedoniya – 407

İlk “onluq”da ümumiyyətlə dəyişiklik olmayıb. Yeganə fərq Ötən ay 8-ci olan İspaniyanın xal hesabında Braziliyaya çatmasıdır.

İlk “onluq”

1 (1). Almaniya – 1736
2 (2). Argentina – 1604
3 (3). Hollandiya - 1507
4 (4). Kolumbiya – 1495
5 (5). Belçika – 1407
6 (6). Uruqvay - 1316
7 (7). Braziliya – 1241
8 (7). İspaniya - 1241
9 (9). İsveçrə - 1218
10 (10). Fransa – 1212

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız Xorvatiyanın mövqeyi dəyişib. Balkanlılar 1 pillə irəliləməyi bacarıb.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

14 (14). İtaliya – 1069
16 (17). Xorvatiya – 964
53 (53). Norveç - 512
72 (72). Bolqarıstan - 429
73 (73). AZƏRBAYCAN - 413
150 (150). Malta – 143

Qeyd edək ki, yoxlama oyunlarındakı rəqiblərimizdən Rusiya 899 xalla 23-cü, Özbəkistan 528 xalla 51-cidir. Avqustun 20-də qarşılaşacağımız sonuncular 1 pillə irəliləyibsə sentyabrın 3-dəki rəqibimizin mövqeyi dəyişməz qalıb. Qonşu Türkiyə yığması isə 711 xalla 32-cidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR