Nazirlik: Qəbələdə baş verən zəlzələ zamanı rabitənin dayanıqlığı tam təmin edilib

Nazirlik: Qəbələdə baş verən zəlzələ zamanı rabitənin dayanıqlığı tam təmin edilib
# 29 sentyabr 2014 09:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Qəbələdə ardıcıl üç zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar 06:38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bal gücündə hiss olunub. İnsan tələfatı yoxdur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, Qəbələ Telekommunikasiya Qovşağının rəisi Şahin Tağıyev bildirib ki, zəlzələ rabitənin işində hər hansı problem yaratmayıb: “Bütün qüvvələrimiz səfərbərdir. Rabitə qəza briqadalarımız kəndlərdə rabitənin ümumi vəziyyətini yoxlayır. Birləşdirici xətlərdə hər hansı problem yoxdur. Kənd EATS-nin binasında çatlar əmələ gəlib. Laza kənd EATS-də də bəzi problemlər var. Ümumilikdə vəziyyət yaxşıdır. Rabitə tam nəzarətdədir. Rayon rabitəsi dairəvi rabitə sisteminə qoşulduğundan Bakı və digər rayonlarla çıxışında hər hansı problem yaşana bilməz. Bir istiqamətdə rabitə kəsilsə, digər istiqamətdə rabitə avtomatik bərpa olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR