Türkiyədə “İslam Dövləti” qruplaşmasının 19 üzvlü həbs olunub

Türkiyədə “İslam Dövləti” qruplaşmasının 19 üzvlü həbs olunub
# 04 sentyabr 2014 20:20 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “CNN Türk” telekanalına müsahibəsində əyalət valisi Erdal Ata bildirib.

“Bizim əyalətdə həbs olunanlar var, onlar barəsində istintaq tədbirləri aparılır. Terrorçuluq fəaliyyətinə başlamayan şəxslər vətəninə göndərilir, qalanları isə istintaqa cəlb olunub. Ümumilikdə, 19 nəfər həbs olunub”, deyə vali bildirib.

Onun sözlərinə görə, saxlanılan və həbs olunan şəxslər arasında Avropa və Qafqaz ölkələrindən Türkiyəyə gələn şəxslər də var: “Onlar aeroportda və ya sərhəddə saxlanılır”, deyə Ata bildirib.

Vali şəhərdə “İslam Dövləti”nin təlim düşərgələrinin olması barədə iddiaları təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR