Bu il Azərbaycanda ümumilikdə 975 kilometr yol əsaslı təmir olunub

Bu il Azərbaycanda ümumilikdə 975 kilometr yol əsaslı təmir olunub
# 11 aprel 2015 11:44 (UTC +04:00)

Bakı. APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanda avtomobil yolları sektorunda iri həcmli layihələrin icrası davam etdirilib. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin birinci rübü ərzində 8,4 kilometr respublika əhəmiyyətli, 13,2 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulub, avtomobil yolları üzərində 3 körpü tikilib.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Proqrama uyğun olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr, o cümlədən 250 kilometr respublika əhəmiyyətli, 725 kilometr yerli əhəmiyyətli yollar əsaslı təmir olunub, avtomobil yolları üzərində 35 körpü və 1 piyada keçidi tikilib: “Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının I texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilmiş və cari ildə başa çatdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR