Azərbaycan prezidenti Fransanın keçmiş baş naziri və ticarət məsələləri üzrə vəkilini qəbul edib

Azərbaycan prezidenti Fransanın keçmiş baş naziri və ticarət məsələləri üzrə vəkilini qəbul edib
# 11 fevral 2013 11:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev fevralın 11-də Fransanın keçmiş baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpeni qəbul edib.

APA-nın məlumatına görə, Dominik de Villpen Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması münasibətilə dövlət başçısını təbrik edib. Əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı çoxlu birgə layihələrin olduğunu vurğulayan Dominik de Villpen ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə ümidvar olduğunu bildirib.

Fransalı qonaq “Eurovison” mahnı müsabiqəsindən sonra ilk Avropa Oyunlarının Bakıda təşkilini mühüm addım kimi dəyərləndirib. Dominik de Villpen Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyadakı rolunun mühüm əhəmiyyətini qeyd edib.

Öz növbəsində, dövlət başçısı Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə bağlı Fransanın informasiya texnologiyaları şirkətlərinin göstərdikləri dəstəyi yüksək qiymətləndirib. Prezident İ. Əliyev Fransanın müxtəlif şirkətlərinin Azərbaycandakı fəaliyyətinin önəmini qeyd edib.

Dövlət başçısı Azərbaycanla Fransa arasında uzunmüddətli əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR