Moskvada “Xəzər dialoqu - 2013” adlı beynəlxalq iqtisadi forum keçiriləcək

Moskvada “Xəzər dialoqu - 2013” adlı beynəlxalq iqtisadi forum keçiriləcək
# 03 aprel 2013 15:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Aprelin 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Xəzər dialoqu - 2013” adlı beynəlxalq iqtisadi forum keçiriləcək. APA-nın MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, forumda Xəzərin hüquqi statusu, dənizin resurs potensialının tədqiq edilməsi və istifadəsi, infrastruktur, sənaye, dağ-mədən, neft-qaz hasilatı və elektrik enerjisi obyektlərinin tikintisi və müasirləşdirilməsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.

Başqa önəmli müzakirə istiqaməti ekologiyanın mühafizəsi və biomüxtəlifliyin bərpası yolları olacaq.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR