Azərbaycan Uşaq və Gənclərin XVII Beynəlxalq Kitab Sərgisində iştirak edir - FOTO

Azərbaycan Uşaq və Gənclərin XVII Beynəlxalq Kitab Sərgisində iştirak edir - <span style="color: red;">FOTO
# 19 aprel 2013 08:47 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Aprelin 18-də Moldovanın paytaxtı Kişinyovda Uşaq və Gənclərin XVII Beynəlxalq Kitab Sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin aparıcı məsləhətçisi Əfsun Əhmədov və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Asim Məmmədov təmsil edir.


Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən “MoldExpo” sərgi salonunda icarəyə götürülən 6 kv.m sahədə stend qurulub və stenddə 200-ə yaxın uşaq kitab və nəşr məhsulları sərgilənir.


Sərginin açılışında Moldova parlamentinin spikeri Marian Lupu, Moldovanın birinci xanımı Margareta Timofti, mədəniyyət naziri Boris Focşa, təhsil naziri Maia Sandu, gənclər və idman naziri Oktavian Ticu, beynəlxalq İBBY təşkilatının prezidenti və Moldovanın Milli Uşaq Kitabxanasının direktoru Klaudia Balaban və başqaları çıxış ediblər.


Qeyd edək ki, Uşaq və Gənclərin XVII Beynəlxalq Kitab Sərgisi aprel ayının 22-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR