ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər

ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər
# 05 aprel 2013 10:26 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Jak For, Yan Kelli və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik hazırda Bərdə rayonundadır.

Qeyd edək ki, Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttinin qarşı tərəfində Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərində bu gün keçirilən monitorinqi izləyiblər.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi dünən qoşunların təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçmişdilər.

Onlar dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinqi izləmişdilər.

ATƏT nümayəndələrinin bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəkləri, sonda mətbuata açıqlama verəcəkləri gözlənilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR