Nazir: "ÜDM-in 4,5 faizini turizm gəlirləri təşkil edir"

Nazir: "ÜDM-in 4,5 faizini turizm gəlirləri təşkil edir"
# 09 iyun 2016 14:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycanda Ümumi Daxili Məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə zamanı deyib.

Nazir bildirib ki, son illər Azərbaycanda dünya miqyasında tanınan brend hotellər istifadəyə verilib: “Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”.

Ə. Qarayev turizm sənayesinin inkişafının yeni iş yerlərinin açılmasına müsbət təsirlər göstərdiyini söyləyib. Nazirin sözlərinə görə, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər sürətləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR