Paşha Bank
Bank Of Baku

Səfir: Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə heç bir qüvvə zərər yetirə bilməz, əlaqələr daha da inkişaf edəcək

Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov

© APA | Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov

# 10 oktyabr 2026 12:10 (UTC +04:00)

Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri möhkəm təməllərə söykənir və bu münasibətləri daha da inkişaf etdirəcəyik.

APA xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın kökləri çox dərindir və bu münasibətlər dövlət başçılarından tutmuş xalqların bütün təbəqələrinə qədər eyni dərəcədə önəm daşıyır.

Səfir sosial mediada iki ölkə arasındakı münasibətləri hədəf alan spekulyasiya və dezinformasiya hallarının müşahidə olunduğunu bildirib.

Rəşad Aslanov vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə heç bir qüvvə zərər yetirə bilməz və bu əlaqələr bundan sonra da qorunaraq inkişaf etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR