Azərbaycan prezidenti efiopiyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti efiopiyalı həmkarını təbrik edib
# 27 may 2015 16:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomeni ölkəsinin milli bayramı münasibət ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR