Bakı-APA. Yaponiyanın cənub bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Miyakodzima adası yaxınlığında, ocağı 50 km dərinlikdə yerləşib.
Zəlzələni Okinava prefekturasının sakinləri hiss edib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, Sunami təhlükəsi elan olunmayıb.