İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində alt işçi qrupunun müzakirəsi keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində alt işçi qrupunun müzakirəsi keçirilib
# 12 avqust 2016 13:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Komunal xidmətlər" alt işçi qrupunun müzakirəsi keçirilib.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, orta və uzun müddət üçün sektor strategiyası, institusional islahatlar və korporativ strukturun inkişafı məsələləri müzakirələrdə qeyd olunub.

Vurğulanıb ki, infrastruktur sahələri üzrə əsas dövlət müəssisələrinin fəaliyyətinin nəticələri üçün müddətlər və hədəflər müəyyən edilməlidir: “Dövlət tərəfindən vəsaitin ayrılması isə dövlət müəssisələri üçün stimulların yaradılmasından ötrü fəaliyyətin nəticələrinə əsaslanmalıdır. Fəaliyyətin nəticələri üzrə hədəflər 2 kateqoriyaya bölünür: əməliyyat və institusional hədəflər”.

Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün işçi qrupa təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR