Azərbaycanda benzin istehsalı artıb, dizel istehsalı kəskin azalıb

Azərbaycanda benzin istehsalı artıb, dizel istehsalı kəskin azalıb
# 13 avqust 2016 08:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 594,1 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 4,6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 7 ayı ərzində ölkədə 680,9 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır. Nəticədə bu ilin avqustun 1-nə 66,6 min ton məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 mln. 352,2 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin yeddi ayı ilə müqayisədə 22,8% azdır. Nəticədə bu ilin avqustun 1-nə 145,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ağ neftin istehsalı 1,7% azalıb. Belə ki, bu ilin 7 ayı ərzində ölkədə 385,6 min ton ağ neft istehsal olunub ki, bu ilin avqustun 1-nə 53,4 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə neft bitumunun istehsalında 8,9% azaraq 85,4 min ton təşkil edib. Nəticədə avqustun 1-nə 4,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yeddi ayında ölkədə sürtgü yağlarının istehsalı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 63% azalıb. Belə ki, 7 ay ərzində 5,1 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin avqustun 1-nə 9,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 7 ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında azalma var. Belə ki, ötən aylar ərzində 114,4 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2015-ci ilin 7 ayı ilə müqayisədə 1,5% azdır. Nəticədə bu ilin avqustun 1-nə 3,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda 405,4 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə artım deməkdir. Nəticədə bu ilin avqustun 1-nə 14,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 112,1 min ton neft koksu istehsal edilib. Bu, ötən ilin 7 ayı ilə müqayisədə 25,2% azdır. Nəticədə bu ilin avqustun 1-nə 9,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR