Mədəniyyət və turizm naziri Ağsuda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Ağsuda vətəndaşları qəbul edəcək
# 23 oktyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 29-da Ağsuda Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR