Bilik Fondu Müasir Təhsil Kompleksi və Misir Mərkəzi birgə sərgi keçirib

Bilik Fondu Müasir Təhsil Kompleksi və Misir Mərkəzi birgə sərgi keçirib
# 13 noyabr 2015 14:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan – Misir mədəni əlaqələrinin dünəni, bu günü və gələcəyi”nə həsr olunmuş tədbir keçirilib. Fonddan APA-ya verilən məlumata görə, Müasir Təhsil Komleksində keçirilən tədbirdən əvvəl Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin səyyar sərgisi təşkil olunub.

Müasir Təhsil Kompleksi direktorunun birinci müavini Samir Xanlarov, məktəbin direktoru, pedaqogika üzrə elmlər doktoru Nasim Abışov çıxış ediblər.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, məktəbdə ingilis, fransız və digər dillər üzrə siniflər fəaliyyət göstərir, müntəzəm olaraq yerli Azərbaycan və xarici ölkə ziyalılarının, alimlərinin məktəbdə görüşləri təşkil edilir.

Azərbaycan – Misir mədəni əlaqələrinin rael vəziyyəti barədə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Elaydi məlumat verib.

Tədbirdə çıxış edən Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xuduyev Fondun yarandığı dövrdən etibarən elmin müxtəlif sahələri üzrə apardığı maarifçilik tədbirləri barədə məlumat verərək, Müasir Təhsil Kompleksi ilə birgə tədbirlərinin davamlı olacağına əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR