Salyanda «İnfiniti» su kanalına düşüb

Salyanda «İnfiniti» su kanalına düşüb
# 01 fevral 2013 21:48 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyan rayonun Kürsəngi kəndi ərazisində, Bakı-Astara yolundan 5 km aralıda «İnfiniti» markalı avtomobil su kanalına düşüb. Hadisə 1 fevral 23.00 radələrində baş verib.

Bu barədə APA-nın müxbiri hadisə yerindən məlumat verir.

Məlumata görə, FHN-in xilasediciləri və polis əməkdaşları hadisə yerindədirlər. Hazırda avtomobil sudan çıxarılır. Avtomobildəki sərnişinlərin olduğu güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR