Gürcüstanda etiraz aksiyası keçirilib

Gürcüstanda etiraz aksiyası keçirilib
# 21 mart 2015 19:16 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın paytaxtı Tiflisin “Azadlıq” meydanında “Vahid Milli Hərəkat” Partiyasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları Gürcüstan hökumətinin istefasını tələb ediblər.

Tədbirdə çıxış edən sabiq parlament sədri David Bakradze, daha sonra isə Brüsseldən qoşularaq sabiq prezident Mixail Saakaşvili çıxış edib.

Aksiya Gürcüstan hökuməti administrasiyasının qarşısında sona çatıb.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili aksiyaya münasibət bildirib. O deyib ki, bu gün Tiflisdə təşkil olunan etiraz aksiyasının iştirakçıları Gürcüstanın keçmişi üçün darıxanlardır: "Onlar Gürcüstanın inkişafını istəmirlər. Hakimiyyət Gürcüstanın inkişafına mane olacaq heç bir gücün ölkədə hərc-mərclik yaratmasına imkan verməyəcək. Bu gün bir neçə min insan təzyiq və pul gücünə Tiflisə toplaşıblar. Ölkəmizi süni yolla inkişafdan saxlamaq istəyirlər. Biz gələcəyimizə inanırıq və heç bir gücə ölkəmizin inkişafını dayandırmaq üçün imkan verməyəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR