Bakı sakininə qarşı dələduzluq edən şəxs tutulub

Bakı sakininə qarşı dələduzluq edən şəxs tutulub
# 24 fevral 2015 11:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakininə qarşı dələduzluq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1978-ci il təvəllüdlü Ələmdar Əli oğlu Məmmədov tutulub. Ə. Məmmədov Bakı şəhər sakini Səfa Qasımovun etibarından sui-istifadə edərək ona məxsus “Howo” markalı avtomobili 28.000 ABŞ dollarına satıb pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR