Lənkəran sərhəd dəstəsinin sərhəd zastavası kompleksləri əsaslı təmirdən sonra xidməti istifadəyə verilib - FOTO

Lənkəran sərhəd dəstəsinin sərhəd zastavası kompleksləri əsaslı təmirdən sonra xidməti istifadəyə verilib - <span style="color: red;">FOTO
# 20 noyabr 2014 14:31 (UTC +04:00)

Bakı-APA. Lənkəran sərhəd dəstəsinin dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən, çətin iqlim şəraitinə malik olan “Qızyurdu”, “Törədi” və “Hamoşam” sərhəd zastavası kompleksləri əsaslı təmirdən sonra xidməti istifadəyə verilib. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Mərasimdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqəti sayəsində xidmətin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin təmin olunması qeyd olunub, açılış mərasiminin bu ali diqqətin növbəti təzahürü olması vurğulanıb.

Mərasim iştirakçıları sərhəd zastavalarında yataqxana, yeməkxana, istirahət, təlim şəhərcikləri, xüsusi təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxanalar, idman meydançaları, avtomobil­lə­rin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar, zabit və gizirlər üçün zəruri mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər ilə tanış olublar.

Mərasimdə DSX rəisinin müavini, general-mayor A.Ələkbərov, Lənkəran sərhəd dəstəsinin rəisi, polkovnik Z.Zeynalov, yerli ictimaiyyət nümayəndələri, sərhəd məntəqələrinin şəxsi heyəti iştirak ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR