İqtisadiyyat və sənaye naziri Qubada vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 29 avqust 2015 11:38 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın şimal bürosu xəbər verir ki, nazir qəbulda 50-dən çox vətəndaşın müraciətini dinləyib. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb. Digər müraciətlər üzrə qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, əkin sahələrinin suvarılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR