Moskvanın məşhur Arbat küçəsində siqaret çəkmək qadağan olunacaq - FOTO

Moskvanın məşhur Arbat küçəsində siqaret çəkmək qadağan olunacaq   - <span style="color: red;">FOTO
# 20 noyabr 2012 11:06 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvanın məşhur tarixi küçəsi olan Arbatda siqaret çəkmək qadağan olunacaq. APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə siqaretə qarşı kampaniya başladan Arbatın bələdiyyə sədri Yevgeni Babenko bildirib.

Onun sözlərinə görə, Arbat küçəsində açıq hava altında siqaret çəkmək qadağan olunacaq: “Sağlam həyat bizim üçün çox önəmlidir. Ümid edirik ki, Arbat Moskvanın siqaret qadağan olunacaq ilk küçəsi olacaq. Küçənin bütün girişlərində “Siqareti söndür” tabloları asılacaq. Tabloda eyni zamanda “Arbat siqaret çəkiləcək məkan deyil, bura tarixi və sənətkarlıq küçəsidir” şüarları yazılacaq”.

Bələdiyyə sədri Moskva meri Sergey Sobyaninə bununla bağlı müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasında “İctimai yerlərdə siqaret çəkməyin qadağan olunması haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı dinləmələr keçirilib. Qanuna əsasən, məktəb, xəstəxana, ictimai nəqliyyat, ofis, hotel, dəmiryolu stansiyaları və dayanacaqlarda siqaret çəkilməsi qadağan olunur. Qanunda eyni zamanda küçədə siqaret satışının qadağan olunması da nəzərdə tutulub.

Rusiya Səhiyyə Nazirliyinin məlumatında ildə 500 minə yaxın insanın siqaretə bağlı xəstəliklərdən həyatını itirdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR