Bakıda yeni mənzillər ucuzlaşıb

Bakıda yeni mənzillər ucuzlaşıb
# 26 avqust 2014 08:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyul ayı ərzində Bakı şəhərində ilkin daşınmaz əmlak bazarında satışa təklif olunan mənzillərin orta qiyməti 1312 dollar /кv.m-dən 5,7% azalaraq 1241 dollar/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1029 manat/кv.m-dən 5,4% azalaraq 973 manat/кv.m bəndində qərarlaşıb.

APA-Economics”in məlumatına görə, paytaxtın mənzil bazarını araşdıran "MBA Consulting Group" şirkətinin Bakı şəhəri üzrə yaşayış təyinatlı ilkin daşınmaz əmlak bazarında apardığı son tədqiqatlar nəticəsində məlum olub ki, ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik iyul ayında əvvəlki ay ilə müqayisədə 4% azalıb, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 6% artıb. Hər ay olduğu kimi, ötən ay da bazarda struktur dəyişikliyi davam edib, nəticədə bazar indikatorlarında uyğun trend qeydə alınıb.

Bununla yanaşı son 3 ayda ilkin mənzil bazarının təklif portfelində baş verən azalmalar iyul ayında artımla müşahidə edilib. Aktivliyin azalması ilə əlaqədar alıcılıq qabiliyyəti də azalıb ki, bu da öz növbəsində ilkin mənzil bazarında təklif portfelinin artımına səbəb olub. Bazar portfelində ümumi təkliflərin sayı isə 568 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 31%, ilin müvafiq ayı ilə müqayisədə isə 10% çox olub.

Qeyd edək ki, son ayda əmlak bazarında aparılan araşdırmalar göstərir ki, qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir. Ümumilikdə təkrar və ilkin yaşayış mənzil bazarında qiymətlərin nisbətən azalması strukturun dəyişmə səbəbinə baş verir, yəni bazarda qiymətlərin artıb azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz mənzillərin hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin bir ayda artması, növbəti ayda isə qiymətin azalması bazarda aktivliyin stabilləşmə meyilliyi ilə əlaqələndirmək olar.

Son ayda qiymət indeksinin azalması müşahidə edilib ki, buna da səbəb bir tərəfdən qeyri-mövsümi ayların davam etməsi və digər tərəfdən isə son bir il ərzində ilkin mənzil bazarında qiymətlərin 24% artması ilə reallıqdan uzaqlaşması olub. Nəticədə bazarda real alıcılar tədricən tükənir və potensial alıcıların azalması ilə əlaqədar, ilkin mənzil bazarında qiymətlərin azalmasını normal qarşılamaq olar.

Hesabat ayında bazarın aktivliyində azalma qeydə alınıb ki, bu da öz növbəsində bazarda qeyd olunan əqdlərin sayının 0,88% azalmasına gətirib çıxardıb.

İyul аyının sonuna Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn iri çoxmənzilli yaşayış binаlаrının sаyı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 568 ədəd оlub. Bu ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfeli strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib. Bazarda təklifin həcmində ay və il üzrə artmalar qeydə alınıb. Son aylar təklifin həcmində azalmalar müşahidə olunsa da, iyul ayında bu rəqəm kəskin artıb. Bu artmaya əsas səbəb kimi, bazarda potensial alıcıların azalması ilə bağlamaq olar. Artım əsasən bahalı mənzil bazarında qeydə alınıb. Alıcıların əksəriyyəti ucuz mənzillər əldə etmək istədiklərinə görə, ilkin bazar portfelində ucuz mənzillərin sayında azalma, bahalı mənzillərin sayında isə artım müşahidə olunur.


Sinif

Bina sayı

Təklif portfeli

Sahə kv.m

$/mənzil

orta qiy $/kv.m

min.

orta

maks.

Ekonom klass

69

294

36

100.6

236

96.500

950

Biznes klass

31

256

46

135

245

210.000

1500

VİP klass

3

18

90

183.5

220

480.000

2600

“Elit” mənzillər əsasən şəhərin II zonası olan Yasamal, Səbail və Nəsimi rayonlarında məskunlaşıblar. Ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin III zonasında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb. Hesabat ayı üzrə II zonada təklif portfeli dəyişməz qalıb, lakin digər hər üç zonada isə təklif portfelində azalma qeydə alınıb. Qeyd edək ki, ümumiyyətlə, şəhər üzrə iri yaşayış massivləri əsasən III zonada yerləşdiyindən, tikintinin həcmində bu zonanın payı da mütləq üstünlüyə malikdir.

Təklif portfelində satışa çıxarılan mənzillərin sayında artım Nizami və Qaradağ rayonlarından savayı digər bütün rayonlarda qeydə alınıb. Şəhər üzrə ümumi mənzil bazarında оrtа qiymət iyul аyı ərzində 3,0%, azalma ötən ilin müvafiq ayına nəzərən isə 15,3% artım, ilkin mənzil bazarında isə uyğun olaraq ilin əvvəli ilə müqayisədə 8,29%, ötən ilin müvafiq ayına nəzərən isə 24,60% artаrаq 1241 dollar/kv.m olub.

İlkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətləri son aylarda artımla yadda qalmışdırsa, iyul ayında ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətində durğunluq müşahidə olunub. Ötən ay ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətinin stabil qalması yay fəslinin davamı ilə bağlı olub.

Zonalar üzrə qiymətlər müvafiq olaraq 2 166 dollar/кv, 1 628 dollar/кv, 1 061 dollar/кv və 768 dollar/кv təşkil edib. Yaranmış vəziyyət və aparılan müşahidələr onu deməyə əsas verir ki, iyul ayında bazarda qiymət azalmasına qeyri-mövsümi ayların olması və bazarda qiymətlərin son həddə (alıcıların qəbul edə biləcək həddi) çatıb, ucuz mənzillər üzrə təklif portfelinin imkanları tədricən tükənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR